Riçard Almeyda: "Əgər bunu edə bilsəydik, qolların davamı olacaqdı"

Çempionlar Liqasının qrup mərhələsinin "Roma" ilə oyundan (1:2) sonra "Qarabağ"ın futbolçusu Riçard Almeyda Newsport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- “Roma”ya məğlub olduğunuz oyun haqda nə deyə bilərsən?

- İlk hissənin 20 dəqiqəsini nəzərə almasaq, düşünürəm ki, komanda yaxşı təsir bağışladı. “Çelsi” ilə oyunu müqayisə etsək, komandamız həqiqətən də mükəmməl oynadı. Hesabı bərabərləşdirmək üçün şansımız olsa da, əvvəllcə top ayağımın altında qaldı, alınmadı. Dinonun da son dəqiqələrdə bərabərlik qolunu vurmaq üçün şansı oldu. Lakin  bəxtimiz gətirmədi və bunu nomal qarşılayıram.

- Hücumlar qurulsa da, top istənilən yerə ötürülmürdü. Tələsdiyiniz üçün belə oynayırdınız?

 - Fasilə zamanı məşqçimiz bizə sakit oynamağı tapşırdı. Qurban müəllim bildirdi ki, ancaq öz ooyunumuzu oynayaraq qol vəziyyətləri yarada bilərik. Daha çox qol vəziyyətlərini ikinci hissədə yaratsaq da, qol vuurmağa nail olmadıq. Rəqibin yaxşı müdafiə olunması da işimizi çətinə salırdı.

- İlk dəfə olaraq Azərbaycanda futbol oyununa bu qədər azarkeş gəlirdi. Düşüncələrin necədir?

 -Onlar bizim 12-ci oyunçumuz idi. Hətta iki qol buraxandan sonra da bizi dəstəkləyirdilər. Biz Azərbaycan xalqını və ailəmizi sevindirmək üçün xarakter nümayiş etdirməli idik. Yəni azarkeşlərin dəstəyini xüsusi qeyd etmək istəyirəm.

- Azarkeşlər bir neçə epizoda görə hakimdən narazı qaldılar. Bəs futbolçular necə?

- Hakim portuqaliyalı idi və mən onunla danışdım, “Roma”nın xeyrinə qərarlar verdiyini dedim. Lakin o qərəzsiz olduğunu və düzgün qərarlar verdiyini bildirdi.

- Bu gün vurduğunuz qol gələcək oyunlarda sizə necə motivasiya verə bilər?

- Mənim fikrimcə, qol vurmaq o qədər də önəmli deyil. Əsas xarakter nümayiş etdirmək idi. Əgər bunu edə bilsəydik, qolların davamı olacaqdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right