Mahir Mədətovdan "Roma" açıqlaması: "İstəyən gəlib alar"

"İlk dəqiqələrdə qol buraxmasaydıq, hesab fərqli ola bilərdi. Lakin ilk dəqiqədə planlarımız pozuldu".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Mahir Mədətov deyib.

Ağdam klubunun gənc futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin “Roma” ilə oyunundan sonra jurnalistlərə qısa açıqlama verib. O, "Roma"nın "Qarabağ"dan üstün oyun sərgiləmədiyini bildirib:

"Hesabı bərabərləşdirmək üçün çox çalışdıq. "Roma"nın bizdən qat-qat güclü oynadığını deyə bilmərəm. Sadəcə, 1-2 epizodda səhvlər buraxdıq və rəqib futbolçular binu bağışlamadılar. Öz oyunumdan heç vaxt razı qalmamışam. Razı qalmağım düzgün olmaz". 

Futbolçu adının "Roma" ilə birgə hallanmasına da münasibət bildirib:

"Mən "Qarabağ"ın oyunçusuyam və komandama faydalı olmaq barədə düşünürəm. Bəzi söz-söhbətlərin olması normal haldı. "Roma" rəsmisi mənimlə maraqlandıqlarını deyil, oyunumu izləməkdə maraqlı olduqlarını demişdi. Ola bilər ki, kiminsə şayiəsidi. Amma bir məsələ var: İstəyən gəlib alar. Bu şayiələrə görə özümü meydanda gərgin hiss etmirdim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right