"Bakıda qalib gəlmək asan deyildi" Edin Dzeko

“Yaxşı oynamaqdansa, qalib gəlmək daha vacib idi. Məsləni ilk hissədə həll etmək lazım idi. Lakin qapımızda gördüyümüz qol intiriqanı öldürmədi. Komanda şəklində bu qalibiyyət üçün əziyyət çəkdik". 

Newsport.az-ın məlumatına görəbu sözləri “Qarabağ”la oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırarkən “Roma”nın hücümçusu Edin Ceko söyləyib.

 
“Roma” Çempinlar Liqasının qrup mərhələsinin 2-ci turunda səfərdə təmsilçimiz “Qarabağ”a 2:1 hesabı ilə qalib gəlib. Oyundan sonra jurnalistlərin suallarını cavablandıran bosniyalı və herseqovinalı hücumçu erkən qollardan sonra “Qarabağ”a fürsət verdiklərini söyləyib:

“Oyun çox aqressiv və güclü başladıq. Bunun nəticəsində də erkən qollar vurduq. Daha sonra arxayınlaşdıq və “Qarabağ”a da oynamaq fürsəti verdik. Onlar da bizi sıxmağa başladı".

Ceko Bakıda asan qələbə qazanmaqdıqlarını sözlərinə əlavə edib:

“Bakıda qalib gəlmək asan deyildi. Bir çoxları düşünürdülər ki, “Qarabağ”a çox asan qalib gələcəyik, amma biz belə fikirləşmədik. Hətta “Milan”la A Seriyada keçirəcəyimiz matça görə bu oyuna səthi yanaşacağımızı söyləyənlər də yanıldılar. Biz bu görüşə ciddi yanaşırdıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right