Rəqibin ustalıq səviyyəsi özünü göstərdi - Qurban Qurbanov

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda evdə “Roma”ya uduzan (1:2) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib.

Newsport.az-ın məlumatına görə , Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

“Ağır oyun oldu. Xüsusilə, oyunun əvvəli. Rəqibin ustalıq səviyyəsi özünü göstərdi. Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq. Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik. Rəqib layiqli qələbə qazandı. Futbolçularımın da çıxışından razı qaldım. Azarkeşlərimizə də dəstəyə görə təşəkkür edirəm”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right