"Qarabağ" bizi çox çətinliyə saldı" - Di Françesko

"Roma"nın baş məşqçisi Eysebio di Françesko Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra  mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Demək olar ki, bu oyunda istirahət etdiniz. Çox da əziyyət çəkmədiniz...

- Belə deməzdim, fasilədən sonra çox çətin anlar yaşadıq. Rəqib qapımız qarşısında çoxlu şanslar yaratdı. “Qarabağ” həqiqətən güclüdür. Bizi çox çətinliyə saldılar.

- Bəzi anlarda komandanızda davamlılıq çatmırdı.

- Bəli, razıyam. Bəzən eyni tempdə oynaya bilmirdik. Rəqib fərqləndikdən sonra bəzi çatışmazlıqlarımız oldu. Biz inkişafdayıq. Amma əsas olan odur ki, 3 xalı qazana bildik.

- İkinci hissədə bəzən əsəbləşirdiniz.  Bunun səbəbi uzun ötürmələr idi, yoxsa Qonalonun oyunu?

- Bəli, bu ötürmələr zamanı müəyyən problemlər var idi. Lakin Qonalos elə də pis oynamadı. Qaçmaq asandır, əsas uzun ötürmələrdə dəqiq oynamaqdır.

- İki qoldan sonra sanki oyununuz alınmadı. Bu arxayınçılıqdan irəli gəlirdi?

- Xeyr, bundan söhbət belə gedə bilməz. Daha sonra 5-6 qol vəziyyətimiz də oldu. Həmçinin, “Qarabağ” da bundan sonra çox yaxşı oynadı.

- Bu gün Defrey zədələndi. Qarşıdakı oyunlarda onun xidmətindən yararlana biləcəksiniz?

- Ola bilsin, həm o, həm də Perotti “Milan”la oyunda iştirak etmədilər. Vəziyyətləri həkim müayinəsindən sonra bilinəcək.

- “Qarabağ”ın  heyətində ən çox kimi fərqləndirərdiniz?

- Bütün futbolçular yaxşı oynadı. Ən çox bəyəndiyim isə 9, 10 və 11 nömrəli futbolçulardır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right