UEFA Gənclər Liqası: "Qarabağ" - "Roma" matçı canlı yayımlanacaq

Sabah Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ" Bakı Olimpiya Stadionunda İtaliyanın "Roma" klubu ilə üz-üzə gələcək.

Newsport.az-ın məlumatına görə, saat 20:00-da start götürəcək bu qarşılaşmadan öncə isə sözügedən klubların U-19 komandaları münasibətlərinə aydınlıq gətirəcək.

UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək matç "CBC Sport"la canlı yayımlanacaq. "Azersun Arena"da təşkil olunacaq görüş saat 14:00-da başlanacaq.

"Qarabağ" U-19 komandası ilk oyununda səfərdə "Çelsi"li həmyaşıdlarına 0:5 hesabı ilə uduzmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right