"Roma"nın baş məşqçisi: "Rəqiblərimizə qarşı qəddar oluruq"

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Roma”nın baş məşqçisi Eusebio di Françesko oyunöncəsi mətbuat konfransı keçirib.

 Newsport.az xəbər verir ki, italyan mütəxəssis Bakıya qələbə arxasınca gəldiklərini gizlətməyib.

- Hər bir rəqibə qarşı xüsusi heyət buraxırsınız?

- Heyətimizdə olan bütün futbolçuların xidmətindən yararlanmağa çalışırıq. Ancaq futbolçuları meydana rəqibə uyğun buraxmırıq. Ən hazırlıqlı olan oyunçular start heyətinə çıxmaq şansı qazanır. “Qarabağ”ın qrupadək necə irəliləməsindən xəbərim var. Onlara böyük hörmətim var.

- Əl Şəravi zədədən tez qurtuldu. Onu əvəzləyə biləcək oyunçu varmı?

- Biz də sevinirik ki, Əl Şəravi sıraya tez döndü. Əvəzləyiciyə gəlincə, Perottinin adını çəkə bilərəm.

-  İtaliya klublarının Çempionlar Liqasında uğur əldə etmək üçün hazır olmamaları fikri ilə razısınız?

- Xeyr. Ölkəmizin İspaniya, İngiltərə, Almaniya klublarına qarşı qələbələri olub.

- “Qarabağ”la oyunda güzəşt etmək fikriniz varmı? Axı, qarşıda komandanızı daha çətin oyunlar gözləyir.

- Bəli, qarşıda bizi çətin oyunlar gözləyir. Ancaq siyasətimiz belədi ki, bütün rəqiblərə eyni - qəddar gözlə baxırıq və hər bir oyundan maksimal nəticə əldə etmək istəyirik. Bakıya qələbə arxasınca gəlmişik və heç bir güzəştdən söhbət gedə bilməz.

- “Roma”nın icraçı direktoru Roberto Qandini bildirib ki, Mahir Mədətovu izləyəcəklər. Nə vaxtdan “Qarabağ”ın vingeri maraq dairənizdədi?

- Çox maraqlı oyunçudu. Uzaq məsafədən zərbələri ilə seçilir. Ancaq bizim əsas məqsədimiz Bakıdan qələbəylə dönməkdi. Həm də “Qarabağ”ın sıralarında daha bir neçə futbolçu var ki, Mədətovdan da güclüdü və onları da iş başında görmək bizə maraqlı olacaq. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right