"Beşiktaş", "Mançester Siti", "Real Madrid" və "Tottenhem"dən növbəti qələbə Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna start veriləcək. 

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə E, F, G və H qrupunda yer alan komandalar meydana çıxacaq. 

E qrupunda Moskva “Spartak”ı “Liverpul”u qəbul edəcək. İlk tur “Liverpul” səfərindən 1 xalla qayıdan “Sevilya” isə “Maribor”u sınağa çəkəcək. 

Birinci turu qələbə ilə başa vuran “Mançester Siti” və “Şaxtyor” birincilərin meydanında üz-üzə gələcəklər. “Napoli” isə ilk qələbəsini “Feyenord” üzərində qazanmağa çalışacaq. 

Səfərdə “Portu”nu məğlub etməklə turnirə əla start verən “Beşiktaş” ardıcıl ikinci qələbəsini debütant “Leypsiq” üzərində qazanmağa çalıacaq. “Monako” isə “Portu”nu doğma divarlar arasında sınağa çəkəcək. 

Günün ən çox maraq doğuran matçı Dortmundda oynanılacaq. “Borussiya” “Real”la üz-üzə gələcək. “Tottenhem” isə Kiprə səfər edəcək. 

Qeyd edək ki, “Qarabağ” sabah “Roma”nı qəbul edəcək.



UEFA Çempionlar Liqası

Qrup mərhələsi, ikinci tur

26 sentyabr

E qrupu

22:45. “Spartak” (Moskva, Rusiya) - “Liverpul” - 1:1
Qollar: 
Fernando, 23 (1:0), Koutinyo, 31 (1:1)

22:45. “Sevilya” (İspaniya) - “Maribor” (Sloveniya) - 2:0 
Qollar: 
Ben Yedder, 27, 38

F qrupu

22:45. “Mançester Siti” (İngiltərə) - “Şaxtyor” (Ukrayna) - 2:0
Qol: 
De Brune, 48, Sterlinq, 90

22:45. “Napoli” (İtaliya) - “Feyenord” (Hollandiya) - 3:1 
Qol:
 İnsinye, 7, Mertens, 49, Kallexon, 70 - Amrabat, 90+3

G qrupu

22:45. “Beşiktaş” (Türkiyə) - “Leypsiq” (Almaniya) - 2:0 
Qol:
 Babel, 11, Taliska, 43

22:45. “Monako” (Fransa) - “Portu” (Portuqaliya) - 0:3
Qollar: 
Abubakar, 31, 69, Layun 89

H qrupu

22:45. “Borussiya” (Dortmund, Almaniya) - “Real” (İspaniya) - 1:2 (İkinci hissə)
Qol: 
Beyl, 18 (0:1), Ronaldo, 50 (0:2), Obameyanq, 54 (1:2), Ronaldo, 79 (1:3)

22:45. APOEL (Kipr) - “Tottenhem” (İngiltərə) - 0:3 (İkinci hissə)
Qol: 
Keyn, 39, 62, 67
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right