“Qarabağ” azarkeşlərə müraciət edib

Çempionlar Liqasının 2-ci turu çərçivəsində İtaliyanın “Roma” klubu ilə qarşılaşacaq “Qarabağ” azarkeşlərinə müraciət edib.

Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi rəsmi “facebook” səhifəsi vasitəsilə etdiyi müraciətdə bildirib:

“Azarkeşlərimizin diqqətinə! 
Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"- "Roma" matçına bilet alan azarkeşlərimizdən xahiş olunur ki, qarşılaşmanın başlamasına 2 saat qalmış stadiona gələrək tribunada yerlərini tutsunlar”.

Xatırldaq ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-də saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right