Əl Şəravi: "Qarabağ"la oyunda acınacaqlı nəticə ilə üzləşə bilərik"

"Monako"nun heyətində əvvəllər "Qarabağ"a qarşı oynamışam. Rəqibimizi çox yaxşı tanıyıram. Bakıda bizi çox çətin qarşılaşma gözləyir. Hər kəs bilir ki, çətin qarşılaşma keçəcək".

Newsport.az-ın məlumatına görə, bu sözləri İtaliyanın "Roma" klubunun futbolçusu Stepan Əl Şəravi deyib. 

"Canavarlar"ın forvardı UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində "Qarabağ"la oyun öncəsi matçla bağlı açıqlama verib.

O, "Qarabağ"ın azarkeşlərindən çəkindiklərini bildirib: "Düzdü, düşünmək olar ki, "Qarabağ" fiziki cəhətdən zəifdi. Amma azarkeşlərin yaratdığı atmosfer rəqibə müsbət təsir edəcək. Bu oyuna yaxşı köklənməliyi. Əks halda acınacaqlı nəticəylə üzləşə bilərik. Düşünürəm ki, "Udineze" üzərindəki qələbədən sonra əhval-ruhiyyə yaxşıdır.

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı sentyabrın 27-də, saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right