"Roma"nın daha bir futbolçusu "Qarabağ"la oyunu buraxa bilər

"Roma"nın daha bir futbolçusu Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyunu buraxa bilər.

Newsport.az-ın məlumatına görə, söhbət Ektor Morenodan gedir. 

Meksika millisinin üzvü dizindən zədə alıb. Komandanın dünənki məşqində iştirak etməyən müdafiəçinin müalicəsinə başlanılıb. Onun Bakıya gələcək heyətdə yer alıb-almayacağı haqda məlumat verilməyib.

Qeyd edək ki, "Roma"nın futbolçuları Partik Şik, Emerson Palmieri, Luka Pelleqrini və Adbullahi Nura zədə səbəbindən "Qarabağ"la setyabrın 27-də keçiriləcək oyunda iştirak edə bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right