"Roma"nın baş məşqçisi: "Qarabağ" və "Milan"la matçları da düşünürük"

“Roma” da Dibala və Mertens kimi futbolçular varmı? Yoxdur. Amma matçlarda əhəmiyyətli qərarla verəcək futbolçular var. Məsələn, Edin Dzeko”.

Newsport.az-ın məlumatına görə, bu sözləri İtaliya mətbuatına açıqlamasında "Roma"nın baş məşqçisi Eysebio Di Françesko deyib.

O, bu gün "Udineze"yə qarşı keçiriləcək oyunöncəsi jurnalistlər önünə çıxıb. Françesko açıqlamasında Çempionar Liqasının qrup mərhələsində 27 sentyabrda "Qarabağ"a qarşı keçirəcəkləri matçdan danışıb: "Biz "Roma"nın daha çox kollektiv oynamasını təmin edirik. Buna əsaslanmış oyun qururuq. Bu gün Dzeko, Alisson, Kolarov kimi futbolçular meydanda olacaq. Düzdür, bu matç öncəsi "Qarabağ" və "Milan"la matçları da düşünürük. Hər ikisini qiymətləndiririk".

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-I, saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right