Tifozilər Bakıya gəlir: Azarkeşləri "Roma"nı tək qoymayacaq

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Roma” Bakıda tək qalmayacaq.

Newsport.az-ın məlumatına görə, qonaqları paytaxtımızda xeyli sayda azarkeş azarkeş dəstəkləyəcək.

Ağdam təmsilçisinin mətbuat katibi Nurlan İbrahimovdan aldığımız məlumata görə qarşı tərəf “Qarabağ”dan bu oyun üçün 500 bilet istəyib. Qonaqlar 307-309-cu sektorlarda olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma sentyabrın 27-i saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right