Finalın bir addımlığında: Bakı UEFA-nın qərarını gözləyir

Bu gün 2018/2019 UEFA Çempionlar Liqasının və Avropa Liqasının finallarını təşkil edəcək şəhərlərin adları açıqlanacaq.

Newsport.az-ın məlumatına görə, Azərbaycan paytaxtı Bakı da hər iki turnirin həlledici qarşılaşmasına namizədlər arasındadır.

Çempionlar Liqası üçün Bakı Olimpiya Stadionuna yalnız bir rəqib var. Bu Madrid “Atletiko”sunun yeni stadionu “Vanda Metropolitano”dur.

Avropa Liqasında isə BOS iki stadionla mübarizə aparacaq. Bunlar Sevilyanın “Ramon Sançes Pisxuan” və İstanbulun “Vodafon Park” arenalarıdır.

Qeyd edək ki, UEFA-nın qərarı axşam saatlarında İcraiyyə Komitəsinin iclasında açıqlanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right