Pepe: "Digər komandaların “Portu” səfərində qələbə qazanacaqlarını zənn etmirəm"

Dünən Çempionlar Liqasının qrup mərələsinin ilk oyunları çərçivəsində “Portu” “Beşiktaş”ı qəbul edib.

Newsport.az-ın məlumatına görə, qarşılaşma “qara qartallar”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçdan sonra İstanbul təmsilçisinin futbolçuları Pepe və Rayan Babel oyun haqqında açıqlamalar verib.
Pepe qrupdakı digər rəqiblərinə “Portu” səfərində qələbə nəsib ola bilməyəcəyini vurğulayıb: 
“Çempionlar Liqasına qalibiyyətlə başlamaq önəmli idi. “Beşiktaş” forması ilə ÇL-ə qələbə ilə başladığıma görə, xoşbəxtəm.

Bundan sonra digər komandaların “Portu”nun meydanın qələbə qazanacaqlarını zənn etmirəm. Səfərdədəki bir heç-heçə və öz meydanımızdakı bir qalibiyyət bizi irəliyə daşıyacaq. Qrupda birinciyik, bundan sonra da belə davam etmək istəyirik”. 

Son Türkiyə çempionunun vinqeri Rayan Babel hələ yolun başında olduqlarını deyib: “Qalibiyyətlə ayrılmaq bizim üçün üstünlükdü. Çox yaxşı nəticə ilə burdan ayrılırıq. Hələ yolun başındayıq, bu nəticə bizə güvən verir”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right