ÇL-də I turun ən yaxşı qolu: “Çelsi” – “Qarabağ” matçıda vurulan qol da seçilənlər arasında

Çempionlar Liqasının (ÇL) ilk turunun ən yaxşı qolu adına namizədlər məlum olub.. 

Newsport.az-ın məlumatına görə, UEFA qalibi müəyyənləşdirmək üçün 5 qol seçib.

Onların sırasında “Çelsi” – “Qarabağ” matçında vurulan qol da var.  Söhbət Pedro Rodrigesin 5-ci dəqiqədə hesabı açdığı qoldan gedir.

Avropanın ali futbol qurumu bununla yanaşı, Dortmund “Borussiya”sının üzvü Andrey Yarmolenkonun “Tottenhem”ə və “Beşiktaş”ın hücumçusu Cenk Tosunun “Porto”ya vurduğu qolu da fərqləndirib.

“Beşlik”də “Tottenhem”in forvardı Harri Keynin “Borussiya” ilə görüşdə imza atdığı ilk qol və “Barselona”nın superulduzu Lionel Messinin “Yuventus”a vurduğu birinci qol da yer alıb.

Qalibi müəyyənləşdirmək üçün azarkeşlər arasında səsverməyə start verilib. Ən çox səs toplayan qol ÇL-də ilk turun ən yaxşı qolu seçiləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right