"Qarabağ" asan rəqib deyil" - N'Qolo Kante

"Qarabağ"la oyun mənim üçün xüsusi idi. Çünki "Çelsi"nin heyətində ilk dəfə Çempionlar Liqası matçına çıxırdım. Buna görə də xoşbəxtəm".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Çelsi"nin futbolçusu  N'Qolo Kante Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

26 yaşlı yarımmüdafiəçi Ağdam klubunun asan rəqib olmadığını bildirib: "Meydana əsas heyətlə çıxmasaq da, böyükhesablı qələbə qazandıq. Buna baxmayaraq, "Qarabağ" asan rəqib deyil. Hər oyuna ciddi yanaşmalıyıq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right