"Əgər belə məğlub olmuşuqsa, bu, ümumi komandanın səhvidir" - Miçel MÜSAHİBƏ

Çempionlar Liqasının qrup mərhələsinin I turunda səfərdə "Çelsi"yə məğlub olan (6:0) son ölkə çempionu "Qarabağ" bu gün Bakıya gəlib. Ağdam klubunun futbolçusu Migel Markos Madeyrayla (Miçel) Heydər Əliyev adına Hava Limanında Newsport.az saytının əməkdaşının suallarını cavablandırıb:

- "Çelsi"yə böyük hesabla məğlub oldunuz. Qarşılaşma haqda düşüncələrin necədir?

- Hər birimiz çətin oyun olcağını bilirdik. Daha yaxşı oynaya bilərdik, hər şey istədiyimiz kimi olmadı. Bu səhvlərdən nəticə çıxarmaq lazımdır. Belə oyunlar bizim üçün böyük təcrübədir. İrəli baxmalı və növbəti Çempionlar Liqası matçımıza qədər inkişaf etməliyik.

- Qolların bir neçəsini kobud səhvlərdən buraxdınız. Bununla bağlı nə deyə bilərsiniz?

- Mənə elə gəlir ki, konkret bir futbolçunu günahlandırmaq olmaz. Çünki "Çelsi" Avropanın ən güclü klublarından biridir. Əgər belə məğlub olmuşuqsa, bu, ümumi komandanın səhvidir.

- Necə düşünürsünüz, böyükhesablı məğlubiyyətdə Azərbaycan çempionatının səviyyəsinin aşağı olmasının rolu var?

- Aydın məsələdir. ƏIbəttə ki, çempionatlar arasında olan fərq də öz rolunu oynayır. Komandalar arasında büdcə fərqi də var. Başlanğıc həmişə çətin olur. Qarşıdakı 5 oyunda özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışacağıq.

Həsənov Mərdan





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz