Kurtua "Qarabağ"la oyunda 5 illik tilsimi qırdı

"Çelsi"nin qapıçısı Tibo Kurtua Çempionlar Liqasının qrup mərhələsinin birinci turunda "Qarabağ"la matçda (6:0) 5 ildən sonra ilkə imza atıb.

Newsport.az-ın məlumatına görə, belçikalı qapıçı oyunda vurulan ikinci qolun ötürməsini edib. Bununla da belçikalı qolkiper ÇL tarixində 5 ildən sonra qol ötürməsi verən ilk qapıçı olub.

Qeyd edək ki, bu turnirdə sonuncu dəfə məhsuldar ötürmə edən qapıçı Freyzer Forster olub. "Seltik"in sabiq "çərçivə qoruyucusu" buna 2012-ci ildə "Barselona" ilə matçda nail olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right