Davide Zappakosta: "Ötürmə vermək niyyətində idim"

Çempionlar Liqasının (ÇL) qrup mərhələsi çərçivəsində keçirilmiş “Çelsi” – “Qarabağ” matçından (6:0) sonra London klubunun müdafiəçisi Davide Zappakosta açıqlama verib.

Newsport.az-ın məlumatına görə, İtaliya millisinin üzvü qələbə barədə bunları qeyd edib:

"Çempionlar Liqasına yaxşı start verdik. Özümə və komandama görə çox xoşbəxtəm. "Stemford Bric"də bu cür debüt əla oldu. Ümid edirəm ki, belə də daam edəcəm. Məqsədimiz bütün oyunlarda qalib gəlmək və qrup mərhələsini adlamaqdır. Bunun üçün çalışırıq".

25 yaşlı müdafiəçi vurduğu qol barədə danışıb:

"Sözün düzü, ötürmə etmək niyyətində idim. Ancaq top qapıya yaxşı bir şəkildə getdi və qolla nəticələndi".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right