Antonio Konte: "Bizim üçün gözəl başlanğıcdır"

“Çelsi” Çempionlar Liqasnın qrup mərhələsində təmsilçimiz "Qarabağ"a 6:0 hesabı ilə qalib gəlib.
 
Newsport.az-ın məlumatına görə, oyundan sonra London klubunun baş məşqçisi Antonio Konte mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
- “Çelsi”nin baş məşqçisi kimi Çempionlar Liqasına böyük hesablı qələbə ilə başladınız...
- Əlbəttə, çox sevinirik. Bu, bizim üçün gözəl başlanğıcdır. ÇL-də mübarizə aparmaq, qələbə qazanmaq, qol vurmaq və qapını toxunulmaz saxlamaq yaxşı haldır. Turnirə yaxşı start verdik. Uğurlu start vacib idi. Mən komandamızın oyununu müsbət dəyərləndirirəm. Futbolçularımın böyük tamaşa göstərmələrinə görə çox şadam. Biz sabah dincələcəyik. Daha sonra isə “Arsenal”la oyunu düşünəcəyik.
 
- “Arsenal”la derbi oyunu üçün bu gün bir çox oyunçulara istirahət verdiyinizi demək olar?
- Mən Mişi Batşuayi və Andres Kristensenə də şans vermək istəyirdim. Oyunçularıma siqnalım bu idi ki, hər birinizə güvənirəm. Çempionlar Liqasında ilk oyunumuz idi və çox ciddi yanaşırdıq. Biz yalnız bu matçı düşünürdük. Daha da inkişaf etməliyik.
 
- Bu gün hücum futbolunda çıxış etdiniz. Necə dəyərləndrə bilərsiniz?
- Əslində, bizim üslubumuz qələbə qazanmaqdır. Bunun üçün ancaq pressinq edirik. Məsələn, “Lester Siti” kimi ancaq əks-hücumlar etmirik. 
 
- Davide Zappakostanın oyunu barədə düşüncəniz necədir?
- O, həqiqətən də əla oyun keçirdi. Davide belə də davam etməlidir. O, mənim oyun stilimə çox tez uyğunlaşdı. “Semford Bric”də keçirdiyi ilk matçı çox uğurlu alındı. Qol vurduğu epizodda issə ötürmə və ya zərbə endirdiyini dəqiq bilmirəm. Ancaq dediyinə görə, ötürmə vermək fikrində idi. Amma ən vacibi budur ki, Zappakosta mühüm qola imza atdı. Onun performansına görə çox şadam.
 
- Timue Bakayako oyuna sonradan daxil oldu və qol vurmağı da bacardı...
- Bakayako kimi gənc futbolçuya sahib olduğumuz üçün şadam. Doğma meydanında, azarkeşlərin önündə qol vurmaq mühümdür. O, oyundan-oyuna inkişaf edir və komandamıza güc qatır. Bakayako fiziki cəhətdən də çox hazırlıqlı oyunçudur.
 
- Bu gün qol vuran Sezar Aspilikueta barədə nə söyləyə bilərsiniz?
- Sezar ötən mövsüm heyətimizdə çıxış edən ən yaxşı futbolçulardan biri idi. Hazırda mövqeyinə görə, dünyanın ən yasxşıları arasındadır. O, topla və topsuz çox yaxşı çıxış etdi. Aspilikuetanı hər məşqçi öz heyətində görmək istəyir. Fantastik futbolçu və əla oğlandır.
 
- Eden Azar Premyer Liqada “Arsenal”a qarşı görüşdə çıxış edə biləcəkmi?
- Bir qədər də səbirli olmalıyıq. Bu suala cavab vermək hələ tezdir. Gözləmək məcburiyyətindəyik. Onun tam sağalmasını istəyirik. Heyətimizdə Azarın yoxluğunu unutduran Pedro və Vilyan kimi futbolçularımız var. Biz sakit olmalıyıq. Zədəsi ciddi deyil, sadəcə, 90 dəqiqə üçün risk etmədik. 
 
- Dieqo Kostanın “Çelsi”də gələcəyi necə olacaq?
- Gəlin, bu mövzu barədə danışmayaq. Kosta məsələsinə münasibət bildirmək istəmirəm.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right