"Bavariya", "Barselona" və PSJ-dən böyükhesablı qələbə Yenilənib

Bu gün UEFA Çempionlar Liqasında 2017/18 mövsümünün qrup mərhələsinə start veriləcək. 

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma keçiriləcək. Əvvəlcə A, B, C və D qruplarının iştirakçıları meydana çıxacaqlar. 


Tarixində ilk dəfə ÇL-in qrup mərhələsinə yüksələn Azərbaycan çempionu “Qarabağ”ı səfərdə “Çelsi” ilə çətin oyun gözləyir. Qrupun digər matçında isə “Roma” öz meydanında “Atletiko”nu sınağa çəkəcək. 

A qrupunun favoriti “Mançester Yunayted” öz meydanında “Bazel”lə üz-üzə gələcək. 

Yarışın iddialılarından olan “Bavariya” “Anderlext”i qəbul edəcək. Bahalı transferləri ilə diqqəti üzərinə çəkən PSJ isə səfərdə “Seltik”in qonağı olacaq. 

Günün ən çox maraqla gözlənilən qarşılaşması isə “Nou Kamp”da oynanılacaq. “Barselona” ötən il 1/4 finalda uduzduğu “Yuventus”la görüşəcək. 

Qeyd edək ki, qrup mərhələsində ilk tura sentyabrın 13-də yekun vurulacaq.

12 sentyabr

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, I tur


A qrupu

22:45. “Mançester Yunayted” (İngiltərə) - “Bazel” (İsveçrə) - 3:0 
Qol: 
Fellaini, 35, Lukaku, 53, Reşford, 84

22:45. “Benfika” (Portuqaliya) - MOİK (Rusiya) - 1:2 
Qol: 
Severoviç, 50 (1:0), Vitinyo, 63 (1:1), Camalettinov, 71 (1:2)

B qrupu

22:45. “Bavariya” (Almaniya) - “Anderlext” (Belçika) - 3:0
Qollar: 
Levandovski, 11-pen. Alkantara, 65, Ximmik, 90

22:45. “Seltik” (Şotlandiya) - PSJ (Fransa) - 0:5 
Qol:
 Neymar, 19, Mbappe, 34, Kavani, 40, Lustiq, 83-avtoqol, Kavani, 85

C qrupu

22:45. “Çelsi” (İngiltərə) - “Qarabağ” (Azərbaycan) - 6:0 
Qollar: 
Pedro, 5, Zappakosta, 30, Aspilikueta, 55, Bakayoko, 71, Batşuay, 76, 82

22:45. “Roma” (İtaliya) - “Atletiko” (İspaniya) - 0:0 

D qrupu


22:45. “Barselona” (İspaniya) - “Yuventus” (İtaliya) - 3:0 
Qol: 
Messi, 45, Kakitiç, 56, Messi, 69

22:45. “Olimpiakos” (Yunanıstan) - “Sportinq” (Portuqaliya) - 2:3
Qol:
 Dumbia, 2 (0:1), Martins, 14 (0:2), Fernandes, 43 (0:3), Pardo, 90 (1:3), 90+3 (2:3)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right