Rəhim Həsənov Çempionlar Liqasının matçını idarə edəcək

Avropa arenalarında azərbaycanlı hakimlər içərisində növbəti etimad FİFA referisi Rəhim Həsənova göstərilib.

Newsport.az-ın məlumatına görə, ədalət təmsilçimiz "Beşiktaş" komandasının oyununu idarə edəcək.

Söhbət UEFA Gənclər Liqasında yarışacaq U-19 komandalarının oyunundan gedir. Belə ki, sentyabrın 26-sı keçiriləcək "Beşiktaş" - "Leypziq" komandalarının görüşünü məhz Həsənov idarə edəcək. Ona bu işdə Vaqif Musayev və Akif Əmirəli köməklik edəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right