"Qrupumuzda rəqiblərimiz çox güclüdür" - Yakub Jezniçak

“Bu, bizim Çempionlar Liqasında ilk oyunumuzdur. Qrupumuzda rəqiblərimiz çox güclüdür, amma buna baxmayaraq əlimizdən gələni edəcəyik".

Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın futbolçusu Yakub Jezniçak Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

"Çelsi"nin hücumçusu Alvaro Morata “Real”da oynayarkən ona qarşı oynamışam. Rəqibin hücum xəttində kimin olmasından asılı olmayaraq, onları dayandırmağa çalışacam” - deyə o bildirib.

Qeyd edək ki, "Çelsi" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right