Qurban Qurbanov Frans-Pressə danışdı: “Döyüşə başlamamış təslim olmayacağıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsində “Çelsi”yə qarşı keçirəcəkləri oyundan öncə Frans-Press Agentliyinə danışıb. 

Newsport.az saytının məlumatın görə, o, qitənin ən nüfuzlu klub turnirində düşdükləri qrup haqqında fikirlərini bildirib:

 "Uzun müddətir ki, ÇL-də oynamaq istəyirdik. Bu komandamızın arzusu idi. İngiltərə, İspaniya və İtaliya klubları ilə düşdükdən sonra qitənin ən nüfuzlu turnirində çıxış etdiyini hiss edirsən. Bu bizim üçün böyük sevincdir. Qrupumuzdakı rəqiblər çox güclü və təcrübəli komandalardır. Lakin döyüşə başlamamış təslim olmayacağıq. Hər qrup matçında dişimizlə, dırnağımızla mübarizə aparacağıq. ÇL-də Londondan başlayırıq. "Stemford Bric"dəki oyun çox sərt və vacib matçdır. Orada şərəflə çıxış etməyə çalışacağıq".

Qeyd edək ki, sözügedən matç sabah saat 22:45-də start götürəcək. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right