“Qarabağ” işimizi çətinləşdirə bilər” - “Çelsi”nin müdafiəçisi

“Çempionlar Liqası Avropada ən nüfuzlu klub turniridi. Hər bir futbolçu bu turnirdə çıxış etmək istəyir. Ötən mövsüm Çempionlar Liqasında oynamadığımızdan ora qayıtmaq bizim üçün çox əhəmiyyətli idi. Biz bunu bacardıq və yaxşı çıxış edəcəyimizə ümid edirik”.

Newsport.az saytının məlumatına görə, bu fikirləri “Çelsi”nin futbolçusu Sesar Aspilikueta Çempionlar Liqası (ÇL) haqda fikirlərini bildirirkən deyib.

İspan müdafiəçi ÇL-in qrup mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Qarabağ”"la sentyabrın 12-də keçiriləcək matçda qələbə qazanmağa çalışacaqlarını söyləyib: "Oyundan-oyuna irəliləyəcəyik. Bunun üçün ilk matçda mütləq qələbə qazanmalıyıq. Rəqiblərimizə baxsaq, hər birinin işimizi çətinləşdirə biləcəyini deyə bilərəm. “Qarabağ” da həmçinin. Buna görə də bütün gücümüzlə oynamalıyıq. Turnirdə yalnız qələbə haqda düşünürük".

Xatırladaq ki, "Çelsi" C qrupunda "Atletiko", "Roma" və "Qarabağ"la birgə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right