UEFA "Qarabağ"ın stadionunun adında dəyişiklik etdi

UEFA Gənclər Liqasında qrup mərhələsinin 1-ci dövrəsinin təqvimi açıqlanıb.

Newsport.az saytının məlumatına görə, C qrupunda mübarizə aparan “Qarabağ”ın U-19 komandasının “Çelsi”, “Roma” və “Atletiko” ilə görüşlərinin də vaxtı və yeri müəyyənləşib.

Rəşad Sadıqovun baş məşqçi olduğu təmsilçimiz ilk olaraq İngiltərədə "Çelsi" ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 14:05-də başlayacaq.

Rəqiblərini “Azərsun Arena”da qəbul edəcək Ağdam klubunun meydanı “Qarabağ stadionu" kimi tanınacaq. Çünki UEFA öz yarışlarında sponsor adlarının işlənməsinə qadağa qoyub.

12 sentyabr

Gənclər Liqası, Çempionlar Liqası yolu

C qrupu

1-ci tur

14:05. “Çelsi” (İngiltərə) – “Qarabağ”

Surrey. “Çelsi” Futbol Klubunun Təlim-Məşq Bazası

27 sentyabr

2-ci tur

12:00. “Qarabağ” – “Roma” (İtaliya)

Bakı. “Qarabağ stadionu"

18 oktyabr

3-cü tur

12:00. “Qarabağ” – “Atletiko” (İspaniya)

Bakı. “Qarabağ stadionu"

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right