UEFA “Qarabağ”ın iştirak ərizəsində düzəliş etdi

UEFA “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandasının UEFA-dakı iştirak ərizəsində düzəliş edib.

Newsport.az saytının məlumatına görə, qrumun rəsmi saytı əvvəlcə  komandanın baş məşqçisi kimi Afrandil Hacıyevi göstərmişdi. 

U-19-un baş məşqçisi Rəşad Sadıqovun oyunlar zamanı əsas komanda ilə Çempionlar Liqasında meydana çıxacağından UEFA komandanın baş məşqçisi kimi Hacıyevin adını qeyd etmişdi. Lakin Hacıyev müvəqqəti olaraq - Çempionlar Liqasının oyunları zamanı U-19-a rəhbərlik edəcək.

Qitənin ali futbol qrumu artıq səhvini aradan qaldırıb və komandanın baş məşqçisi kimi Sadıqov göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right