"Qarabağ" - "Roma" oyununun biletləri bu gün satışa çıxarılır

Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda “Qarabağ”ın qarşılaşacağı “Roma”yla matçın biletlərini satışa çıxarılır.

Newsport.az xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 17:00-dan etibarən aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəklər. 

Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq. 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 AZN

Kateqoriya 1 – 20 AZN

Kateqoriya 2 – 10 AZN

Kateqoriya 3 – 5 AZN

Kateqoriya 4 – 2 AZN 

Şatış məntəqələri:

Asan Xidmət Mərkəzləri Heydər Əliyev Sarayının kassası 28 Mall Gənclik Mall

Park Bulvar (Qarabağ FK Fanshop)

M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

 

Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası) 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right