“Qarabağ” “Roma” ilə oyunun biletlərini satışa çıxarır Onlayn

Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyununu İtaliyanın “Roma” klubuna qarşı keçirəcək “Qarabağ” klubu matçın biletlərini sentyabrın 7-dən etibarən satışa çıxaracaq.

Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Newsport.az saytına verdiyi məlumata görə, biletlərin satışı onlayn şəkildə həyata keçəcək. 

Qiymətlər isə təsnifat mərhələsinin matçlarından elə də ciddi fərqlənməyəcək. Biletlərin qiyməti 2,3,5,10 və 20 manat təşkil edəcək. VİP oturacaqlar isə 50 manata olacaq. 

Qeyd edək ki, “Qarabağ” – “Roma” görüşü sentyabrın 27-də Bakı Olimpiya Stadionunda oynanılacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right