UEFA "Qarabağ"ın müraciətinə cavab verdi

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək üçün UEFA-ya müraciət edib.

Newsport.az-ın məlumatına görə, qurum Ağdam klubunun müraciətinə müsbət cavab verib. Bu barədə klubun rəsmi "facebook" səhifəsi məlumat yayıb:

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməklə bir ilkə imza atıb. Hələ bu turnirin pley-off mərhələsinin Bakıda keçirilmiş oyununda stadionu tam dolduran "Qarabağ" azarkeşləri kluba olan sevgisini və inamını nümayiş etdirib. Bu uğurlu çıxışdan sonra oyuna gəlmək istəyən azarkeşlərin çoxluğunu nəzərə alan komanda ev oyunlarını daha çox azarkeş tutumuna malik olan stadionda - Bakı Olimpiya Stadionunda (68500 yerlik) keçirməklə bağlı UEFA-ya müraciət edib. Bu gün UEFA tərəfindən "Qarabağ"ın sorğusuna cavab gəlib. Qitənin ali futbol qurumu komandamızın bu müraciətini təsdiqləyib.

"Qarabağ" sentyabr ayının 27-də Çempionlar Liqasının II turu çərçivəsində "Roma"nı Bakı Olimpiya Stadionunda qəbul edəcək. Matç Bakı vaxtı ilə 20:00-da keçiriləcək".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right