Qərar dəyişdi: "Qarabağ" Çempionlar Liqası oyunlarını Olimpiya stadionunda keçirəcək!

UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbolunda yeni tarix yazan "Qarabağ"ın rəqiblərini hansı stadionda qəbul edəcəyi dəqiq məlum olub.

Newsport.az-ın məlumatına görə, daha əvvəl "köhlən atlar"ın qrup oyunlarını eyni qayda olaraq Tofiq Bəhramov adına Resublika stadionunda keçirəcəyi söylənsə də, məkan dəyişikliyi baş verib. Belə ki, "Çelsi", "Atletiko" və "Roma" kollektivləri Bakı Olimpiya stadionunda qonaq olacaq. Artıq bununla bağlı UEFA ilə razılıq əldə olunub. "Qarabağ"ın Çempionlar Liqasının finalını qəbul etməyə namizəd olan arenada ilk matçı isə sentyabrın 27-də baş tutacaq. Qurban Qurbanovun yetirmələri həmin gün "Roma"nı sınağa çəkəcəklər.

Qeyd edək ki, Bakı Olimpiya Stadionun tamaşaçı tutumu 69 min 870 nəfərdi.

İdmanxeber.com





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right