"Qarabağ" azarkeşləri bu xəbərə sevinəcək

Böyük Britaniyanın Bakıdakı səfirliyi "Qarabağ” komandasının Çempionlar Liqasının qrup mərhələsinin I turunda "Çelsi” ilə səfər oyununu izləməkdən ötrü İngiltərəyə getmək istəyən azarkeşlərə viza vermək üçün əlavə günlər təyin edib.

Newsport.az-ın məlumatına görə, fanatlar bununla bağlı 29 - 31 avqustda Viza Ərizə Mərkəzinə müraciət edə bilərlər. Bu addım vizanı vaxtında əldə edə bilmək üçün atılıb. 

Qeyd edək ki, sentyabrın 12-də Londondakı "Stemford "Bric" stadionunda keçiriləcək "Çelsi” – "Qarabağ” oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. (Report)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right