Besçatsnıx: “Püşk “Qarabağ”ın üzünə gülmədi"

Rusiya futbolunun tanınmış simalarından olan, uzun illər Moskva “Spartak”ının hücumçusu olmuş Vladimir Besçastnıx Çempionlar Liqasının qrup mərhələsinin püşkü ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, mütəxəssis ÇL-in ən bəxtsiz komandası kimi “Qarabağ”ı göstərib.

Besçatsnıx “Spartak”ın qrupda bütün rəqiblərini udmalı olduğunu dilə gətirib: “Püşk kimin üzünə gülmədi? Birmənalı şəkildə “Qarabağ”ın! “Çelsi”, “Atletiko” və “Roma” ilə matçlarda şansları yoxdu. “Spartak” isə rəqiblərini məğlub etməyə borcludu”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right