"Qarabağ" ÇL-də hamıdan çox məsafə qət edəcək

“Qarabağ” ölkəmizi ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz qrup oyunları zamanı ən çox məsafə qət edəcək klub olacaq. “Qarabağ” ümumilikdə 10 min 941 km yol gedəcək.

Ən az məsafəni isə “Anderlext” gedəcək. Belçika təmsilçisi “Qarabağ”dan 7 dəfə az yol getməli olacaq - 1664 km.

“Köhlən atlar”dan sonra ən uzun məsafəyə səfər edəcək komanda Kipr APOEL-idi. Belə ki, ada təmsilçisi 9263 km yol qət edəcək. Üçüncü sırada isə Moskva ÇSKA-sı yer alıb - 8699 km.

Qeyd edək ki, “Qarabağ” C qrupunda “Çelsi”,  “Atletiko Madrid” və “Roma” ilə mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right