Dieqo Simeone: "Azərbaycana səfər hamı üçün çətin olacaq"

UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone ötən gün baş tutan püşkü dəyərləndirib.

Newsport.az İspaniya təmsilçisinin baş məşqçisi klubun rəsmi saytına açıqlama verib. Argentinalı mütəxəssis Azərbaycana səfərin bütün rəqiblər üçün çətin olacağını deyib:

“Çətin qrupa düşmüşük. Eyni zamanda maraqlı qrupdu. Bizi “Roma” və “Çelsi” ilə gərgin oyunlar gözləyir. Azərbaycana səfər isə hamı üçün çətin olacaq. “Çelsi” yaxşı oyunçulara malikdi. Onlar ötən mövsüm fantastik çıxış etdilər. “Roma” da çox yaxşı futbol oynayır. Bu komandanın möhtəşəm baş məşqçisi var”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right