"Rəqiblər "Roma"ya qarşı asan oynamayacaqlar" - Totti

"Roma ilə qarşılaşmaq "Atletiko", "Çelsi" və "Qarabağ"a asan olmayacaq".

Newsport.az saytının məlumatına görə, bu sözləri "Roma"nın əfsanəvi futbolçusu Françesko Totti söyləyib. "Roma" klubunun direktoru sabiq klubunun Çempionlar Liqasındakı rəqibləri barədə danışıb. Onun sözlərinə görə, qrupdakı komandalar çətin rəqiblərdir: "Etiraf edək ki, güclü qrupdur. Avropanın ən yaxşı komandalarının yer aldığı qrupdan bəhs edirik. Amma o komandaların oyunu "Roma"ya qarşı asan keçməyəcək. Dieqo Simeone və Antonio Konte kimi təcrübəli məşqçilərin çalışdırdığı komandalara qarşı mübarizə aparacağıq. "Roma"nın şansları var".

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right