33-cü ölkə, 137-ci komanda

Çempionlar Liqasının pley-offunda səfərdə “Konhagen”ə məğlub olsa da (1:2) “Qarabağ” bir çox tarixi nəticələr imza atıb.

Newsport.az saytının məlumatına görə, ağdamlılar ölkəmizi ÇL-in qrup mərhələsində təmsil edəcək ilk Azərbaycan klubu olacaq.

Buna kimi təmsilçilərimiz ən yaxşı halda turnirin 3-cü təsnifat mərhələsində mübarizəni dayandırmışdı. Həmçinin, Azərbaycan UEFA-nın üzvləri arasında turnirin həlledici mərhələsində təmsil olunacaq 33-cü ölkə, “Qarabağ” isə 137-ci komanda kimi tarixə düşüb.

Bundan başqa, təmsilçilərimiz ilk dəfə Danimarkadan olan rəqibini sıradan çıxardı. Bundan əvvəl adıçəkilən ölkələrin komandaları yalnız bir dəfə rəqib olmuşdular. Onda da məhz bu iki komanda üzləşmiş və skandinavlar ümumi hesabda 10:0 üstünlük əldə edərək mübarizəni davam etdirmişdi.

Matç həm də “Qarabağ”ın avrokuboklarda keçirdiyi 84-cü qarşılaşmada 30-cu məğlubiyyəti oldu. Komandamız bu oyunlarda 86-cı qolunu vurub, 100 və 101-ci qollarını buraxdı. Bununla da ağdamlılar avrokuboklarda buraxdığı qolların sayı üçrəqəmli həddə çatan ilk təmsilçimiz oldu. Burada əsas amillərdən biri də “Qarabağ”ın digər klublarmıza nisbətən qitə turnirində daha çox iştirak etməsidi. Təmsilçimizin yeganə qolunun müəllifi Dino Ndlovu isə cari avrokuboklarda 4-cü, ümumilikdə isə 5-ci qolunu vurdu. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right