"Qarabağ" reytinq cədvəlində irəlilədi

Çempionlar Liqasının pley-off mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Newsport.az saytının məlumatına görə, son 5 mövsümün nəticələrinin əksini tapdığı siyahıda ÇL-in qrup mərhələsinə ilk dəfə yüksələn "Qarabağ" 8 pillə irəliləyib. 

Belə ki, 8.500 xalı olan Ağdam təmsilçisi 67-ci pillədə qərarlaşıb. Azərbaycan çempionu  “Milan”, “Betis”, “Real-Sosyedad”, BATE, “Trabzonspor”, “Yanq Boyz” , Zaqreb “Dinamo”su və “Slovan”ı arxada qoyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right