Çempionlar Liqasında torbalar məlum oldu

UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi üçün torbalar müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, turnirindəki təmsilçimiz “Qarabağ” Danimarkanın “Kopenhagen” klubunu mübarizədən kənarlaşdıracağı halda qrup mərhələsinin püşkü zamanı 4-cü səbətdə yer alacaq.

1-ci torba: “Real”, “Bavariya”, “Çelsi”, “Yuventus”, “Benfika”, “Monako”, “Spartak” (Moskva), “Şaxtyor” (Donetsk)

2-ci torba: “Barselona”, “Atletiko”. PSJ, “Borussiya” (Dortmund), “Sevilya”, “Mançester Siti”, “Portu”, “Mançester Yunayted”

3-cü torba: “Napoli”, “Tottenhem”, “Bazel”, “Olimpiakos”, “Anderlext”, “Roma”, “Beşiktaş”

4-cü səbət: “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) cütünün qalibi, “Slaviya” (Çexiya) - APOEL (Kipr) cütünün qalibi, “Styaua” (Rumıniya) - “Sportinq” (Portuqaliya) cütünün qalibi, ÇSKA (Moskva, Rusiya) - “Yanq Boyz” (İsveçrə) cütünün qalibi, “Feyenord”, “Maribor”, “Leypsiq”

Qeyri-müəyyənlər: “Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) cütünün qalibi, “Seltik”

“Liverpul” "Hoffenhaym" səddini keçsə, "Seltik" 4-cü, Almaniya klubu qrup mərhələsinə vəsiqə qazanacağı halda isə 3-cü səbətdə yer alacaq. "Liverpul" mərhələ adlasa, 3-cü, "Hoffenhaym" qrupa düşsə, 4-cü torbada yer alacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right