"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsində! Yenilənib

Bu gün "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında sabah "Kopenhagen"in qonağı olacaq.
 
Newsport.az-ın məlumatına görə, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirində Danimarka "Kopenhagen"i ilə "pley-off” mərhələsinin cavab matçında üz-üzə gələcək. Tarixində ilk dəfə ÇL-in "pley-off”una yüksələn, ardıcıl 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edən ölkə çempionu səfərdə lazımı nəticəni təmin etməklə, Azərbaycan futbolu adına ilkə imza atmış olacaq. 
 
 
Qeyd edək ki, bundadək "Qarabağ”la "Kopenhagen” 1998/1999 mövsümündə Kuboklar Kubokunun təsnifat mərhələsində üz-üzə gəliblər. Danimarka təmsilçisi evdə 6:0, səfərdə 4:0 hesabı ilə qalib gəlib.
 
UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşü

23 avqust

22:45. “Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 2:1
Qol:
Federiko Santander, 41+1(1:0), Dino Ndlovu, 63 (1:1), Pavloviç, 66 (2:1)
Baş hakim: Alberto Undiano Malyenko 
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla 
Kopenhagen. “Parken” stadionu




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right