"Sabah daha bir ilkə imza atmaq istəyirik" - Tahir Gözəl

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında sabah "Kopenhagen"in qonağı olacaq.

Newsport.az-ın məlumatına görəbu gün komandanın düşərgəsində sürpriz ziyarət baş tutub.Klubun vitse-prezidenti Tahir Gözəl futbolçulara dəstək olmaq üçün Kopenhagenə gəlib və oyunöncəsi son məşqi stadiondan canlı izləyib.

Tahir Gözəl qarşılaşma haqda öz fikirlərini bölüşüb:

"Kopenhagen”lə oyunu nəinki “Qarabağ”, bütün Azərbaycan üçün ən önəmli qarşılaşma adlandırmaq olar. Hamımız qarşılaşmanın nə qədər vacib olduğunun fərqindəyik. "Qarabağ" Azərbaycan futbolunda bir sıra ilklərə imza atıb və həmin nailiyyətlərinin zirvəsindəyik. Sabah həmin ilklərə daha birini əlavə etmək istəyirik.  Sabah 40 minlik stadion dolu olacaq, bu da "Qarabağ"ın gücünü, nə qədər ciddi rəqib olduğunu göstərir.

İnanırıq ki, zəfər bizim yanımızda olacaq. Komandaya dəstək olmaq üçün bura gəlmişəm, futbolçularımız və baş məşqçimizə inanıram".  

Qeyd edək ki, "Qarabağ"  "Kopenhagen"lə cavab görüşünü avqustun 23-də Danimarka paytaxtındakı "Parken" stadionunda keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Ötən həftə Bakıda təşkil olunmuş qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right