"Sabah sərfəli nəticə qazanıb bu mərhələni keçəcəyik” - Miçel

“Kopenhagen”də hansısa futbolçunu fərqləndirməzdim, komanda halında oynayırlar”.
 

Newsport.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Miçel Çempionlar Liqasının pley-off mərhələsinin “Kopenhagen”lə cavab oyunu üçün təşkil olunan mətbuat konfransında deyib.

İspaniyalı yarımmüdafiəçi Danimarka klubunun güclü olduğunu deməklə yanaşı, mərhələ keeçəcəklərinə inandığını bildirib:

“Rəqibimiz olduqca güclüdür və Çempionlar Liqasında yetərincə təcrübələri var. Təbii ki, sabah onlar da azarkeşlərinin dəstəyi ilə uğur qazanmağa çalışacaq. Amma biz inanırıq ki, sabah sərfəli nəticə qazanıb bu mərhələni keçəcəyik”.  

Qeyd edək ki, "Qarabağ"  "Kopenhagen"lə cavab görüşünü avqustun 23-də Danimarka paytaxtındakı "Parken" stadionunda keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Ötən həftə Bakıda təşkil olunmuş qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right