"Şansımız var və bu şansdan maksimum istifadə etməyə çalışacağıq”

Sabah “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında səfərdə “Kopenhagen”in qonağı olacaq.

Newsport.az-ın məlumatına görəağdamlıların baş məqşçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib.

“İlk oyundan sonra demişdim ki, cavab matçı daha çətin olacaq. İlk dəqiqələrdən rəqib pressinq edəcək və bu oyunda daha çox güc sərf etməliyik. Rəqib azarkeşlərin dəstəyi ilə yaxşı nəticə qazanmağa çalışacacaq, biz də bunun qarşısını almaq üçün meydana çıxacağıq. Sabah bizi ağır oyun gözləyir. Şansımız var və bu şansdan maksimum istifadə etməyə çalışacağıq”.

Qeyd edək ki, "Qarabağ"  "Kopenhagen"lə cavab görüşünü avqustun 23-də Danimarka paytaxtındakı "Parken" stadionunda keçirəcək. Oyun Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. Ötən həftə Bakıda təşkil olunmuş qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right