"Maribor", "Napoli", "Sevilya" və "Olimpiakos" qrup mərhələsində Yenilənib

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək.

Newsport.az-ın məlumatına görə, keçiriləcək oyunlarla qrup mərhələsinə yüksələn 5 komanda bəlli olacaq.

Öz meydanında “Sevilya”ya 1:2 hesabı ilə uduzan Türkiyənin “Başakşəhər” klubu bu dəfə rəqibi ilə İspaniyada qarşılaşacaq.

Qeyd edək ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ”ın “Kopenhagen”lə oyunu sabahdır.


 

22 avqust

Çempionlar Liqası


Pley-off mərhələsi, cavab görüşləri

"Astana" (Qazaxıstan) - "Seltik" (Şotlandiya) - 4:3
Qollar:
 Ajer, 26-avtoqol (1:0), Sincler, 34 (1:1), Mujikov, 48 (2:1), Tvumasi, 49 (3:1), 69 (4:1), Ntcam, 80 (4:2), Griffits, 90 (4:3)
İlk oyun - 0:5

"Maribor" (Sloveniya) - "Hapoel" (Beer-Şeva, İsrail) 1:0
Qol: 
Viller, 15
İlk oyun - 1:2

"Riyeka" (Xorvatiya) - "Olimpiakos" (Yunanıstan) 0:1
Qol: 
Marin, 25
İlk oyun - 1:2

"Nitsa" (Fransa) - "Napoli" (İtaliya) 0:2
Qollar: 
Kalyexon, 48, İnsinye, 89
İlk oyun - 0:2

"Sevilya" (İspaniya) - "Başakşehir" (Türkiyə) 2:2
Qollar: Elia, 17 (0:1), Eskudero, 52 (1:1), Ben Yedder, 75 (2:1), Viska, 83 (2:2)
İlk oyun - 2:1

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right