"Kopenhagen"in üzvü: "Açığı, hadisələrin bu cür cərəyan edəcəyini gözləmirdik"

“Komanda Bakıya gedəndə mən Danimarkada qaldım. Bazar ertəsini sərbəst şəkildə keçirdim. Həftənin ikinci günü isə U-19-un məşqinə qatıldım”. 

Newsport.az-ın məlumatına görə, bu sözləri “Kopenhagen”in futbolçusu Yan Qrequs deyib.

Slovakiyalı yarımmüdafiəçi Çempionlar Liqasının pley-off mərhələsinin “Qarabağ”la ilk oyununda iştirak etməmişdi. Buna səbəb Qrequsun III təsnifat mərhələsinin “Vardar”la cavab matçında qırmızı vərəqə ilə cəzalandırılması idi.

“Kopenhagen”in saytına açıqlama verən 26 yaşlı futbolçu “Qarabağ”la Danimarkada keçiriləcək görüşə hazır olduğunu bildirib: “Əsas komandanın məşqi olmayan günü də hazırlaşıram. Özümü 100 faiz hazır hiss edirəm. Komandama qarşıdakı oyunlarda kömək etmək istəyirəm”.

Qrequs Danimarka çempionatında “Syonneryusk”la bu gün keçirəcəkləri matça da toxunub. Slovakiya millisinin üzvü azarkeşlərə qələbə sevinci bəxş etmək istədiklərini deyib: “Çempionatın cari mövsümündə evdə ilk qələbəmizi qazanmağın vaxtı çatıb. Açığı, hadisələrin bu cür cərəyan edəcəyini gözləmirdik. Yaxşı oyunlarımız olduğu kimi, pis matçlar da keçirdik. Daha çox çalışmaq lazımdı”. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right