"Qarabağ" Çempionlar Liqasının qrupuna düşsə, nə qədər qazanacaq?

Çempionlar Liqasının (ÇL) 2017/2018 mövsümündə çıxış edən klubların qazancı açıqlanıb. 

Newsport.az-ın məlumatına görə, bu barədə məlumatı UEFA-nın mətbuat xidməti yayıb.

Məlumatda qitənin ən nüfuzlu klub turnirində çıxış edəcək klubların hər mərhələyə uyğun olaraq nə qədər qazanacağı ayrı-ayrılıqda qeyd edilib. Belə ki, qrup mərhələsinə vəsiqə qazanan hər klub 12,7, 1/8 finala vəsiqə qazanan klublar 6, 1/4 finala çıxan komandalar 6,5, yarımfinala adlayanlar 7,5, finala çıxan klub isə 11 milyon avro qazanacaq.

Ümumilikdə, UEFA Avropa superkuboku, Avropa Liqası və Çempionlar Liqası üçün 2,35 milyard avro məbləğində pul mükafatı ayırıb.

Xatırladaq ki, ÇL-dəki təmsilçimiz “Qarabağ” turnirin pley-off mərhələsinin ilk oyununda Danimarka “Kopenhagen”ini 1:0 hesabıyla məğlub edib. Ağdam təmsilçisi skandiviyalıları keçəcəyi təqdirdə, Azərbaycan futbolu tarixində ilk dəfə ÇL-in qrup mərhələsinə vəsiqə qazanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right