"Qarabağ"ın legioneri azarkeşlərə təşəkkür etdi

Qarabağ”ın polşalı futbolçusu Yakub Jezniçak Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Kopenhagen”lə keçirilən qarşılaşmadan sonra azarkeşlərə təşəkkür edib.

Newsport.az saytının məlumatına görə, müdafiəçi Respublika stadionunu dolduran azarkeşlərə “facebook” səhifəsi vasitəsiylə təşəkkür edib:

“Azarkeşlərimizə böyük təşəkkürlər! Bir sözlə, stadionda fantastik ab-hava yaratmışdız”.

“Qarabağ” Bakıdakı görüşdə “Kopenhagen”i 1:0 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 23-də Danimarkada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right