"Kopenhagen"in müdafiəçisi: "Etiraf edim ki, "Qarabağ" bizdən güclü idi"

Danimarka çempionu Bakıdan "əli ətəyondən uzun döndü". UEFA Çempionlar Liqasında “Qarabağ”a 0:1 hesabı ilə uduzan “Kopenhagen”in müdafiəçisi Peter Ankersen müsahibə verib.

Newsport.az-ın məlumatına görəAzərbaycan çempionunun daha şanslı olduğunu bildirib.

- Oyun haqqında nə deyə bilərsiniz?
- Çox çətin oyun oldu. Rəqib bir qədər şanslı idi. Nəticə yaxşıdır. Biz evdə daha yaxşı olacağıq. Bilirik ki, evdə iki qol vurmalıyıq. Ümid edirəm ki, bunu bacaracağıq. 

- Bakıya gəlməmişdən öncə bu nəticəni gözləyirdiniz?
- Yox, gözləmirdim. “Qarabağ” güclü komandadır. Biz bura qələbə üçün gəldik. Amma rəqib yaxşı komandadır. Əgər güclü komandalara qarşı oynayırsansa, itirmək şansın var. “Qarabağ” bu gün bizdən güclü idi. Bunu etiraf edirəm.

- Evdə nəyə ümid edirsiniz?
- Fikrimcə, matça hücumda başlamalıyıq. Ən əsası isə biz xarakter göstərməliyik. Belə olan halda qalib gələ bilərik. Bunu edə biləcək potensiala sahibik. 

- Komandanızın heyətində bir neçə futbolçu Ağdam təmsilçisinin oyunçularını təxribata çəkirdi...
- Bunu görməmişəm.

- “Qarabağ”ın hansı oyunçuları sizi narahat edir?
- Hücumda oyanayan 3 oyunçu.

- Azarkeşlər xoşunuza gəldi?
- Əla atmosfer var idi!

Sport24.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right