“Qarabağ”ın yenilməzlik rekordu və Mədətovun ilki

Dünən Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” evdə “Kopenhagen”i qəbul etdi.

Newsport.az-ın məlumatına görə, matçda 1:0 hesabı ilə qələbə qazanan ağdamlılar bununla da avrokuboklarda keçirdiyi 83-cü oyunda 32-ci qələbəsini qazandı. Digər görüşlərin 22-də heç-heçə, 29-da isə rəqiblərin qələbəsi qeydə alınıb. Mahir Mədətovun vurduğu qol isə gənc hücumçu üçün avrokuboklarda ilk, komandasının isə 85-ci uğuru oldu. Bundan başqa, təmsilçimiz ÇL-də ardıcıl 10-cu oyunda da məğlub olmamaqla özünəməxsus rekordu daha da yaxşılaşdırmış oldu.”Qarabağ” ÇL-də sonuncu dəfə 2015-ci ildə səfərdə “Seltik”ə yenilib – 0:1. “Qarabağ” ÇL-də ev oyunlarında məğlubiyyət acısı yaşamayıb. Ümumiyyətlə, Qurban Qurbanovun yetirmələri sözügedən tunirdə 17 matçda cəmi 2 dəfə məğlub olub. Digər matçların 9-da qələbə, 6-ı isə bərabərliklə yekunlaşıb. Vurulan  21 qolun müqabilində ağdamlılar cəmi 7 dəfə topu tordan çıxarmalı olub. 

Qazanılan qələbə həm klublarmızın Danimarka təmsilçiləri, həm də “Qarabağ”ın “Kopenhagen” üzərində ilk qələbəsi oldu. Bundan əvvəl bu iki ölkə klublarının 1 dueli olmuşdu ki, onda da məhz bu komandalar üzləşmişdi. Skandinavlar evdə 6, Bakıda isə 4 cavabsız qolla təmsilçimizi üstələmişdi.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right